16 
Noy
2018
15:39
65
167
5265
Virtual karabakh

Qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanıldı - FOTO/VİDEO

16 Noy, 2018
15:39
5265

Qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən noyabrın 14-də paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində, dəniz sahilində yerləşən vətəgədə keçirilmiş reydlər nəticəsində bir nəfər saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Hövsan qəsəbə sakini olan Emil Abdulrəhimovdan hisə verilmiş 28 kütüm, iki adi siyənək və qaxac edilmiş beş kütüm balığı maddi sübut kimi götürülüb. 

Araşdırma zamanı bu şəxsin Qida Təhlükəsizliyi Agentliyinin müvafiq icazəsi (lisenziyası) olmadan, kustar üsulla, antisanitariya şəraitində hisə verilmiş balıq hazırladığı, özünün isə sərxoş vəziyyətdə olduğu müəyyən edilib. 

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə - sututarlarda, ovçuluq təsərrüfatlarında və qoruqlarda brakonyerliyə, adları “Qırmızı Kitab”a düşmüş heyvan və quşların qanunsuz ovlanmasına qarşı da mütəmadi olaraq reydlər keçirilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri