16 
Noy
2018
16:11
60
52
1747
yuxarı
David Asatiani: Bakıdakı beynəlxalq konfrans vəkillər üçün böyük təcrübədir
16 Noy, 2018
16:11
1747
60
52
David Asatiani: Bakıdakı beynəlxalq konfrans vəkillər üçün böyük təcrübədir
Bakıda keçirilən “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda beynəlxalq konfransı belə yüksək səviyyədə təşkil etdiyinə görə azərbaycanlı həmkarlarımı və bütün vəkilləri təbrik edirəm. Bu, vəkillər üçün böyük təcrübədir.
Oxu.Az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Vəkillər Kollegiyasının sədri David Asatiani deyib.
D.Asatiani bildirib ki, Bakı konfransında peşəyə yiyələnmə, peşə müstəqilliyi, intizam icraatı və ümumilikdə hüquq sistemində vəkilliyin rolu kimi vacib mövzular müzakirə edilir:
“Biz bunları diqqətlə və kollegial şəkildə izləyirik. Azərbaycanda vəkillik institutunun belə inkişafından və həyata keçirilən islahatlardan şadıq”.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək