17 
Noy
2018
18:46
329
31
5491
Virtual karabakh

Azərbaycanın fəxri olmağı bacaran əlil qardaşların hekayəsi - FOTO\VİDEO

17 Noy, 2018
18:46
5491

Azərbaycanın fəxri olmağı bacaran əlil qardaşların hekayəsi - FOTO\VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onlar öz həyatlarını yaşayırdılar. Hətta küçəyə belə çıxmadıqlarına görə, kimsənin varlıqlarından belə xəbərləri yox idi. Lakin, gün gəldi ki, bu iki əlil qardaş Azərbaycanın fəxrinə çevrildilər.

Oxu.Az uşaq serebral iflici sindromu ilə dünyaya gələn iki qaкdaşın həyat hekayəsini təqdim edir.

Əli və Nurlan Babacanov qardaşları və onların bugünkü uğurunda əvəzsiz rolu olan Natiq Əliyevlə söhbətimiz çox maraqlı oldu. Nurlan söhbət zamanı çox danışmır,  gənc ömrünü sadəcə bir cümlə ilə xarakterizə edir:

“7 yaşımıza qədər biz yaşamırdıq, biz bitki kimi sadəcə mövcud idik”.

Bəs 7 yaşlarında nə baş verdi?

2003-cü ildə Azərbaycanda fəaliyyət göstərən Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) ölkənin rayonlarında xeyriyyə missiyası həyata keçirərkən Gəncə şəhərində yaşayan qəhrəmanlarımızn da həyatında möcüzəvi toxunuş etməyi  bacardı. Uşaqların valideynlərinə bir sıra sağlamlıq prosedurları təklif edildi və müsbət cavab alındı.

Onlar cəmiyyətə çıxdılar

“İlk günlər mən bu uşaqlarla sırf  sağlamlıq proqramı əsasında məşq edirdim. Bir gün müşahidə etdim ki, bu qardaşlar fiziki güclərinə görə başqalarından fərqlənirlər. Onlarda Axilles gücü var idi, peşəkar idmançıların qaldırdıqları ağırlığın öhdəsindən rahatlıqla gələ bilirdilər”, - deyə məşqçi  Natiq  Əliyev keçmiş günləri xatırlayır.

Məhz elə həmin zaman məşqçi qardaşları pauerliftinq seksiyasına yazdırmağa qərar verir. Babacanovların məşqini görən hər kəs heyrətlənirdi. Qərar verildi ki, qardaşlar respublika birinciliyinə çıxarılsın (Diqqət!) sağlamlar arasında.

“Onlar iştirak etdikləri bütün çempionatlarda nəticə verirdilər. Qardaşların əlilliyi barədə artıq heç kim fikirləşmirdi. Siz sadəcə təsəvvür edin, gənc oğlanı əlil arabasında idman inventarına yaxınlaşdırırlar, və o, mükəmməl nəticə göstərir”, - məşqçi danışır.

2013-ci ildə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən Dünya Kubokunda balaca qardaş sağlam idmançılar arasında ən güclü olmağı bacarır.

Bir müddət sonra məşqçi yetirmələrinin paralimpiya yarışlarında iştirakı üçün müraciət edir. Elə həmin gündən qardaşlar ölkənin paralimpiya yığmasının heyətində yüksək səviyyəli yarışlara qatılır və hər dəfə qalib kimi geri dönürdülər.

Hər iki qardaş ölkə üçün yeni rekordlar müəyyənləşdirirlər.

Dünya turnesinin vaxtı çatır

Dubay, 2016-cı il. Kiçik qardaş Əli Dünya Kubokunda gümüş mükafata layiq görülür. Bu möhtəşəm nəticə idi. Bir il sonra o yeniyetmələr arasında Avropada rekord müəyyənləşdirir.

Nurlan Azərbaycanı beynəlxalq arenada bir il sonra təmsil etməyə başladı. 2017-ci ildə Macarıstanda keçirilən dünya çempionatında, o, qardaşı kimi II yeri tutur. Bu il isə Nurlan Avropa çempionatından bürünc medalla qayıdıb.

Hazırda qardaşlar 2019-cu ildə Yaponiyada keçiriləcək dünya birinciliyinə hazırlaşırlar. Bu yarışlar Paralimpiya Oyunlarına lisenziya qazandıracaq.

Qardaşlar Tokioda Azərbaycanı Paralimpiadada təmsil etməyi arzulayırlar.

Bizə isə öz mübarizlikləri ilə başqalarına örnək olmağı bacaran bu qardaşlara və onların fədakar məşqçisinə uğur arzulamaq qalır.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri