19 
Noy
2018
16:53
563
46
13232
Virtual karabakh

Reyhan Camalova 100 nüfuzlu qadından biri oldu - FOTO

19 Noy, 2018
16:53
13232

Reyhan Camalova 100 nüfuzlu qadından biri oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gənc ixtiraçı, “ASAN xidmət”in ideya müvəkkili Reyhan Camalova dünya üzrə 100 nüfuzlu qadından biri olub. 

Oxu.Az-ın məlumatına görə, BBC-nin illik “100 qadın” layihəsinin 2018-ci il üzrə yenilənmiş siyahısı dərc olunub.

Siyahıda dünyanın müxtəlif ölkələrində yaşayan 100 ilhamverici və nüfuzlu qadının adı yer alıb.

60 ölkədən 15-94 yaş arası qadınların olduğu siyahıya liderlər, ixtiraçılar və gündəlik qəhrəmanlar daxil ediliblər. 16 yaşlı gənc ixtiraçı Reyhan Camalova siyahıda 43-cü yerdə qərarlaşıb. 

Reyhan Camalova bildirib ki, hazırda BBC tərəfindən seçilmiş dünya üzrə 100 qadından biri olmaq sevincini yaşayır.

Qeyd edək ki, 2002-ci ildə Qubada anadan olan Reyhan yağış suyundan enerji istehsal edən “Rainergy” qurğusunu yaradıb.

Reyhan Camalova Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində öz ixtirası ilə diqqəti çəkib. ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp Reyhanın nailiyyətini təqdir edib. 

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri