21 
Noy
2018
10:35
16
121
1892
Virtual karabakh

Hövsanda qanunsuz ağac kəsimi aşkarlandı

21 Noy, 2018
10:35
1892

Hövsanda qanunsuz ağac kəsimi aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, reyd zamanı Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində köküstə yaş söyüd ağacının icazəsiz kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacın Suraxanı rayon sakini Allahverdi Rzayev tərəfindən kəsildiyi müəyyən olunub. 

Faktla bağlı təqsirkar barəsində akt tərtib edilib və təbiətə 1800 manat məbləğində ziyan dəydiyi məlum olub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar Suraxanı rayon  Prokurorluğuna göndərilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri