21 
Noy
2018
14:36
56
111
5372
Virtual karabakh

Prorektor: ADA universitetində ödənişsiz təhsil alan tələbələr də var - VİDEO

2500-dən çox tələbə kontingenti, “Green and Smart” kampusu, xarici dildə təhsil, ən son standartlarla təmin olunmuş kitabxana, tələbələrin yüksək səviyyəli təhsili ilə yanaşı, dincəlməsi üçün də hər şəraitin təmin olunması.

Oxu.Az xəbər verir ki, söhbət hansısa xarici universitetdən yox, artıq 12 ildir Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən ADA universitetindən gedir.

Universitetin prorektoru Fariz İsmayılzadə deyir ki, hal-hazırda universitetdə təhsil alan 2500 tələbədən 200-ü, 150 müəllimdən isə 30-u əcnəbidir.

Prorektorun sözlərinə görə, tələbələr daha çox universitetin Biznes və hüquq fakültələrinə maraq göstərir.

Universitetdə illik ödəniş 6000-6500 arasında dəyişir. Ancaq Fariz İsmayılzadə deyir ki, məhdud sayda da olsa, ödənişsiz təhsil alan tələbələr var.

Burada təhsil alan tələbələrin 70 faizi paytaxt Bakıdan, 30 faizi isə bölgələrdəndir. 

Billurə Mikayıllı, Valeh Arifoğlu
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri