22 
Noy
2018
20:05
44
183
11831
Virtual karabakh

Ərini öldürən qadın dəlixanaya göndəriləcək

22 Noy, 2018
20:05
11831

Ərini öldürən qadın dəlixanaya göndəriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən Tünzalə Vəliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə T. Vəliyevanın vəkili hüquqlarını müdafiə etdiyi şəxsin hadisəni törədərkən anlaqsız vəziyyətdə olduğunu deyib.

O, bu səbəbdən T. Vəliyeva barəsində tibbi ekspertiza keçirilməsini istəyib. 

Məhkəmə vəsatəti təmin edib və T. Vəliyevanın müayinə olunmaq üçün Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilməsi barədə qərar qəbul edilib. 

Məhkəmə iclası qeyri-müəyyən vaxtadək təxirə salınıb. 

İttihama görə, hadisə Bakının Sabunçu rayonunda baş verib. 23 yaşlı Tünzalə Vəliyeva aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 28 yaşlı Nazim Vəliyevin başına meyvə qabını çırpıb.

Nəticədə Vəliyev yerə yıxılıb. Bundan sonra qadın qaz balonunu bir neçə dəfə ərinin başına vuraraq, onu öldürüb. Hadisəni törədən Tünzalə Vəliyeva saxlanılıb. Cütlüyün birgə nikahdan iki övladı var. Hadisə vaxtı uşaqlar da evdə olub.

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri