Dek
2018
06:45
85
25
4584
Virtual karabakh

Kamilə Əliyeva: Defektoloqların çoxunun bu peşəyə heç aidiyyəti yoxdur

5 Dek, 2018
06:45
4584

Kamilə Əliyeva: Defektoloqların çoxunun bu peşəyə heç aidiyyəti yoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millət vəkili defektoloqlarla bağlı məsələdən narazılığını ifadə edib.

Oxu.Az-ın məlumatına görə, millət vəkili Kamilə Əliyeva Milli Məclisin (MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsində çıxışı zamanı bildirib ki, ölkədə defektoloq kimi işləyənlərin, fəaliyyət göstərənlərin çoxunun bu sahəyə aidiyyəti yoxdur:

“Onların çoxunun defektoloqluqdan xəbərləri, anlayışları belə yoxdur. Haradasa gedib 5-6 ay kurs keçib, sertifikat alıb gəlirlər və deyirlər ki, biz defektoloquq. Bu, düzgün deyil. Bu məsələdə ciddi nizam-intizam olmalıdır. Bu, elə-belə peşə deyil. Bununla kimsə özfəaliyyət şəklində məşğul ola bilməz. Bununla məhz ixtisaslı şəxslər məşğul olmalıdırlar. Odur ki, müzakirəsini apardığımız qanun layihəsində də bu məsələ çox ciddi şəkildə öz əksini tapmalıdır”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri