Dek
2018
17:46
251
45
6566
Virtual karabakh

Gəncədə 15 şadlıq evi cərimələndi

4 Dek, 2018
17:46
6566

Gəncədə 15 şadlıq evi cərimələndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhərində fəaliyyət göstərən şadlıq sarayı və ictimai-iaşə obyektlərində monitorinqlər davam etdirilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Gəncə şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərindən atmosferə atılan tullantılarının minimuma endirilməsi, mövcud standartlara cavab verən qurğuların quraşdırılmasının yoxlanılması məqsədilə ETSN əməkdaşları tərəfindən aparılan monitorinq monitorinqlər zamanı ictimai-iaşə obyektlərindən 17-nin ətraf ərazilərindən analiz aparılması üçün hava nümunələri götürülüb. 

Analizlərin nəticələrinə əsasən 15 şadlıq sarayında atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktla bağlı akt və protokol yazılıb,  cərimələr tətbiq edilib. Mövcud standartlara cavab verən qurğuların quraşdırılması məqsədilə şadlıq saraylarının rəhbərlərinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib. 
Aparılan araşdırma və monitorinq zamanı yalnız “Münasib” və “Qızıl saray” şadlıq saraylarında təmizləyici qurğunun quraşdırıldığı  məlum olub.

Hazırda digər ictimai-iaşə obyektlərdə monitorinq və araşdırmalar davam etdirilir.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri