Dek
2018
10:48
134
10
3591
Virtual karabakh

Bakıda qadınların qənimi olan keçmiş məhkumlar ələ keçdi - FOTO

5 Dek, 2018
10:48
3591

Bakıda qadınların qənimi olan keçmiş məhkumlar ələ keçdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 22-də və 24-də Bakının Xətai rayonunda paytaxt sakini olan iki qadının çantasından pul və qiymətli əşyalar oğurlamaqda şübhəli bilinən, Bakı şəhər sakini Teymur Hüseynov və Kürdəmir rayon sakini Vasif Babayev saxlanılıblar. Onların hər ikisinin əvvəllər məhkum olduğu bildirilir.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, axtarış zamanı T.Hüseynovdan 0,159 qram və V.Babayevdən 0,172 qram narkotik vasitə olan heroin götürülüb.

Həyata keçirilən əlavə tədbirlərlə onların dekabrın 3-də 40 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunda Bakı şəhər sakini olan bir nəfərin cibindən mobil telefon oğurlamaları da müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində  cinayət işi başlanılıb.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri