Dek
2018
11:42
148
27
3426
Virtual karabakh

Sumqayıtda 19 restoran cərimələndi

5 Dek, 2018
11:42
3426

Sumqayıtda 19 restoran cərimələndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərindən atmosferə atılan tullantıların minimuma endirilməsi, mövcud standartlara cavab verən qurğuların quraşdırılmasının yoxlanılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən monitorinq keçirilib. 

ETSN-dən Oxu.Az-a verilən məlumata görə, şadlıq saraylarından 22-nin ətraf ərazilərindən analiz aparılması üçün hava nümunələri götürülüb.

Analizlərin nəticələrinə əsasən, 19 şadlıq sarayında atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktla bağlı akt və protokol yazılıb, cərimələr tətbiq edilib. 

Mövcud standartlara cavab verən qurğuların quraşdırılması məqsədilə şadlıq saraylarının rəhbərlərinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Aparılan araşdırma və monitorinq zamanı yalnız “Okean”, “Park Palace”, “Kiparis” şadlıq saraylarında təmizləyici qurğunun quraşdırıldığı məlum olub.

İlhamə Əbülfət 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri