Dek
2018
16:56
267
21
8356
Virtual karabakh

Elşad İbrahimov: Namizədliyim erməniləri çox əsəbiləşdirdi

5 Dek, 2018
16:56
8356

Elşad İbrahimov: Namizədliyim erməniləri çox əsəbiləşdirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu günlərdə məlum oldu ki, həmyerlimiz Elşad İbrahimov Ukrayna Milli Kikboksinq Federasiyasına vitse-prezident postuna seçilib.

Oxu.Az Media.Az-a istinadən xəbər verir ki, ixtisasca hüquqşünas olan Elşad İbrahimov Bakı Dövlət Universitetini bitirib.

Kiyev Dövlət Universitetində magistraturaya daxil olan İbrahimov təhsilini Ukraynada davam etdirib. Hazırda E.İbrahimov aspirantdır. 2011-ci ildən Ukraynada yaşayır. Bu müddət ərzində o, özünü biznesin tikinti və daşınmaz əmlak kimi müxtəlif sahələrində sınayıb. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu təşkilatının sədr müavinidir. 

“Ürəyim Azərbaycanla birgə döyünür. Mənim üçün qürbətdə ölkəmin uğuruna nail olmaq şərəfdir. Kiyevdə yaşayan zaman mən Ukraynadakı Azərbaycanlıları Birləşmiş Diasporu ilə əməkdaşlığa başladım. Əməkdaşlıq müddətimizdə çoxlu tədbirlər keçirdik. Mən Ukraynada Azərbaycan məktəblərinin açılışı məsələsində fəal iştirak etmişəm”, - E.İbrahimov bildirib.

Onun sözlərinə görə, Ukrayna Milli Kikboksinq Federasiyası 45 mindən çox idmançını öz bayrağı altına toplayıb: 

“Diasporumuz federasiya ilə əlaqələri dəstəkləyirdi. Biz Ukrayna bayrağı altında çıxış edən azərbaycanlı idmançılara da kömək edirdik. Biz hər zaman Kikboksinq Federasiyasının yanında olmuşuq və onlara bacardığımız qədər dəstək göstərmişik. Və federasiya bizim səylərimizi dəyərləndirərək, daxili iclasda qərar verdi ki, mən vitse-prezident seçkilərində iştirak edə bilərəm.

Yoldaşlarımla məsləhətləşdikdən sonra qərar verdim ki, namizədliyimi irəli sürüm. Noyabrın 30-da Çernovtsı şəhərində federasiyanın iclası keçirilirdi. Mən də orada iştirak edirdim. Öncədən deyim ki, Federasiyada vitse-prezident postu bir deyil. Nəticələrə əsasən, mən üç vitse-prezidentdən biri oldum”.

E.İbrahimovun sözlərinə görə, rəqibi milliyətcə erməni olub.

“Açıq deyim ki, mən namizədliyim federasiyanın milliyətcə erməni olan üzvlərini çox qəzəbləndirdi. Bəziləri hətta açıq şəkildə etiraz etdilər. Mən federasiyasının inkişaf proqramını açıqladım. Və görünür ki, bu da təşkilat komitəsinin xoşuna gəlib. Mənim vəzifəm Ukrayna kikboksinqini xaricdə tanıtmaqdır. Əlbəttə ki, biz Azərbaycanla əməkdaşlıq etməyə çalışacağıq.

Artıq növbəti ilin martında azərbaycanlı idmançılar Kiyevdə keçirilən turnirdə iştirak edəcəklər. Bu da Ukrayna və Azərbaycan xalqları və idmançıları arasında dostluğu möhkəmləndirəcək”, - Elşad İbrahimov əlavə edib.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri