Dek
2018
11:03
19
508
6496
Virtual karabakh

Bakıda maşınla vurulan süpürgəçi öldü - YENİLƏNİB

7 Dek, 2018
11:03
6496

Bakıda maşınla vurulan süpürgəçi öldü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda avtomobil qəzasında ağır xəsarət alan 53 yaşlı süpürgəçi dünyasını dəyişib.

Bu barədə Oxu.Az-a 3 saylı şəhər kliniki xəstəxanasından məlumat verilib.

Dünən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı aldığı ağır xəsarətlərdən vəfat edib:

“Xəstənin vəziyyəti ağır olub. Dünən əməliyyatdan sonra günorta saatlarında dünyasını dəyişib”.

6 dekabr, 08:32

Bakıda süpürgəçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə səhər saat 07:00 radələrində paytaxtın Heydər Əliyev prospektində, “Bağırov” körpüsünün yaxınlığında baş verib.

Ərazidə təmizlik işləri aparan 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı naməlum avtomobil tərəfindən vurulub.

Hadisə nəticəsində ağır xəsarət alan A.Muradova 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə,  xəstənin vəziyyəti ağırdır və reanimasiyada həkim nəzarətində saxlanılır.

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri