6 
Dek
2018
18:09
41
302
12188
yuxarı
Hacıqabulda idarə müdiri yol qəzasında öldü
Hacıqabul rayonunda baş verən yol qəzasında idarə müdiri ölüb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Hacıqabul Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında baş verib.
“Mercedes” markalı, 10 ZP 039 dövlət nömrə qeydiyyatlı avtomobil əsas yola çıxan “VAZ 21015” markalı, 99 BC 437 dövlət nömrə qeydiyyatlı avtomobilə çırpılıb.
Nəticədə “VAZ”ın sürücüsü - Hacıqabul rayon Yaşıllaşdırma idarəsinin müdiri, 1980-ci il təvəllüdlü Hüseynov Amil Eyyub oğlu aldığı kəllə-beyin travmasından hadisə yerində ölüb.
Faktla bağlı Hacıqabul Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Oxu.Az yeniləndi!
ANDROID əməliyyat sistemli smartfonlar
iOS əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək