Dek
2018
09:58
8
199
5251
Virtual karabakh

Azərbaycanda quş qripi - XƏBƏRDARLIQ

Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib.

Oxu.Az-ın məlumatına görə, xəbərdarlıqda deyilir:

“Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən İranın Tehran vilayətində ev quşları arasında yüksək patogenli quş qripi xəstəliyinin yayılması müəyyən edilib. Bununla əlaqədar olaraq, Tehran vilayətindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb”.

“Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Tehran vilayətindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə aidiyyətı üzrə müraciət olunub”, - deyə məlumatda qeyd edilib.

İlhamə Əbülfət
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri