Dek
2018
11:57
98
16
5819
Virtual karabakh

Vahid Əhmədovdan “təxribatçı” adlandırılmasına - MÜNASİBƏT

7 Dek, 2018
11:57
5819

Vahid Əhmədovdan “təxribatçı” adlandırılmasına - MÜNASİBƏT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbərinin verdiyi fikirlərə müsbət yanaşıram. Samir Şərifovun fikrinə, həmçinin nazirlə münasibətlərimiz normaldır.

Oxu.Az-ın məlumatına görə, bunu Qafqazinfo-ya açıqlamasında deputat Vahid Əhmədov Maliyyə Nazirliyinin rəsmisinin onu “təxribatçı” adlandırmasına münasibət bildirərkən deyib. 

O bildirib ki, mətbuata verdiyi müsahibədə  devalvasiyanın olmamasının səbəblərini açıqlayıb:

“Neftin qiyməti yüksəkdir. İdxal və ixrac əməliyyatlarında müsbət saldo var. Manatın kütləsi qorunub-saxlanılır. Yəni devalvasiya üçün heç bir əsas yoxdur. İkincisi, devalvasiya olanda çox ciddi nəticələri olur. Biz 2015-ci ilin devalvasiyasını hələ yaddan çıxarmamışıq. 

Bizim banklarımız hələ də özünə gələ bilməyib. Əhali çox əziyyət çəkir. Bütün bunları və faktiki vəziyyəti nəzərə alaraq əhalini müəyyən qədər sakitləşdirməyə çalışmışam. Yəni elə bir ciddi problem yoxdur. Devalvasiya hazırda gözlənilmir. 

Onların məni “təxribatçı” adlandırımağını başa düşə bilmirəm. Nə varsa, onu açıqlayıb deyirəm. Mən mətbuatdan heç vaxt qaçmamışam və qaçmaq fikrim yoxdur. İndi görünür ki, fikirlərim kiminsə xoşuna gəlmir. Ona görə bu vəziyyət ola bilər. Sadəcə, analiz verib prosesə qiymət vermişəm.

Orda deyildiyi kimi, manatı saxlamaq bu gün Azərbaycanda müəyyən qədər əhali üçün, həm də dövlət üçün vacibdir. Sahibkarlar, istehlakçılar bundan  müsbət nəticələr əldə edirlər. İxraca qalanda isə bizim ixracımız əsasən neft və qazdır. Son vaxtlar kənd təsərrüfatı məhsulları ixrac olunmağa başlayıb.

Manatın dayanıqlılığı mühüm amillərdən biridir. Türkiyədə, Rusiyada, İranda nə kimi hadisələrin  baş verdiyini gördük. Bu, dövlət başçımızın müsbət addımlarından biridir ki, manatın qorunub-saxlanılmasını nəzarətdə saxlayır ki, əhalimiz əziyyət çəkməsin”.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri