Dek
2018
11:16
16
110
3628
Virtual karabakh

Qəbir yerlərini rezervasiya etmək olarmı?

7 Dek, 2018
11:16
3628

Qəbir yerlərini rezervasiya etmək olarmı?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəbir yerlərinin rezervasiyası barədə qərar verilib. 

Oxu.Az-ın məlumatına görə, bu, təsdiqlənən “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda nəzərdə tutulub.

Qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə yol verilmir. Yalnız qonşu qəbir yerinin əvvəlcədən rezervasiyasına yalnız dəfn edilmiş şəxsin ərinin (arvadının) yazılı müraciəti əsasında yol verilir. 

Qəbiristanlığın müdiriyyəti rezervasiya olunmuş qəbir yeri və onu rezervasiya etmiş ər (arvad) barədə məlumatı (soyadı, adı, atasının adı və olduğu halda fərdi idenfikasiya nömrəsi) dəfnlərin qeydiyyat kitabına və dəfnlərin vahid dövlət reyestrinə daxil etməlidir. 

Bu Qaydalarda qəbir yerini rezervasiya etmiş ər (arvad) sağlığında rezervasiya olunmuş qəbir yerində basdırılmaq arzusunu dəyişdikdə və yaxud onlar vəfat etdikdən sonra onların qohumları, qanuni nümayəndələri və ya onların dəfni ilə bağlı xərcləri çəkən digər şəxslər onları başqa qəbir yerində basdırdıqda, bu barədə qəbiristanlığın müdiriyyətini yazılı surətdə məlumatlandırmalıdır.

Qəbir yerini rezervasiya etmiş şəxsin başqa qəbir yerində basdırılması barədə dəfnlərin vahid dövlət reyestrinə məlumat daxil olduqda, Ədliyyə Nazirliyi qəbiristanlığın müdiriyyətinə bu barədə beş gün müddətində məlumat göndərməlidir.

İlhamə Əbülfət 
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri