Dek
2018
12:45
512
23
5454
Virtual karabakh

Aqil Abbas: Özəl telekanallar əxlaqsızlığı yayır

7 Dek, 2018
12:45
5454

Aqil Abbas: Özəl telekanallar əxlaqsızlığı yayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Deputat Aqil Abbas Azərbaycanda fəaliyyət göstərən özəl telekanalların bağlanmasını təklif edib.

Oxu.Az xəbər verir ki, iclasda çıxış edən deputat bildirib ki, bu gün özəl telekanallar əxlaqsızlığı yayır: 

“Yaxşı ki, AzTV, İTV və Mədəniyyət kanalı var. Adamlar nəyəsə baxa bilir. Bu gün dünyada kimsə bizə baxanda deyir ki, görəsən, belə də millət var imiş?! Kim kimin başını qırxdı, kim qaynanası ilə dalaşdı, bütün ailə məsələləri açılıb tökülür. 

Ya da həkim məsləhətləri verilir. Bizim bunlardan başqa dərdimiz yoxdur? Hətta Qarabağ məsələsi tamam yaddan çıxıb. Gövhər xanım deyir ki, rus məktəblərinə niyə uşaqları qoyursunuz? Camaat da ona görə qoyur ki, heç olmasa uşaqlar rus dilini öyrənib rus kanallarına baxa bilsin.

Telekanallara senzura qoymaq məsələsi bütün dünyada var. Hətta Türkiyədə də belə hadisələr baş verir. Bir həftəliyinə, on günlüyünə, bir aylığına televiziyanın efir vaxtı məhdudlaşdırılır. Ona görə də Milli Teleradio Şurasına da senzura ilə bağlı səlahiyyət verə bilərik”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri