Dek
2018
14:28
105
74
4208
Virtual karabakh

Zahid Oruc: Bakıda qeydiyyat məsələsi yüngülləşdirilməlidir

7 Dek, 2018
14:28
4208

Zahid Oruc: Bakıda qeydiyyat məsələsi yüngülləşdirilməlidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millət vəkili Zahid Oruc Mənzil Məcəlləsinin tamamilə yenilənməsinin, dəyişdirilməsinin tərəfdadır.

Oxu.Az-ın xəbərinə görə, bununla bağlı təklifini parlamentin plenar iclasında dilə gətirən millət vəkili bildirib ki, xüsusilə Bakıda qeydiyyat məsələsi yüngülləşdirilməli, asanlaşdırılmalıdır:

“Biz artıq  Sovet dövründə yaşamırıq. O zamanlar xüsusilə Bakı şəhərində qeydiyyat məsələsi çox ağır idi. Ona görə indi bu məsələdə yüngülləşdirici addımlar atılmalıdır. Konkret olaraq, qanunvericiliyə, Mənzil Məcəlləsinə ciddi yeniliklər, dəyişikliklər edilməlidir. Məsələn, qeydiyyat məsələsi vətəndaşın yaşayış yeri üzrə aparılmalıdır.

Yəni onun yaşadığı mənzili dərhal onun adına sənədləşdirməmək də olar. Əsas odur ki, qeydiyyat proseduru sadələşdirilsin, sonra digər addımlar atılsın. Həmçinin yeni tikilən binlarda idman zalları açılır. Kimlərsə əzəl yığacaq deyə, orada yeni mənzillərdə yaşayanların bu gedişlə əzələlələri “sıradan” çıxacaq”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri