Dek
2018
15:48
51
231
4413
Virtual karabakh

İlahiyyatçı: İnsanlar İslama zidd olan İŞİD cəzalarını tətbiq edirlər

7 Dek, 2018
15:48
4413

İlahiyyatçı: İnsanlar İslama zidd olan İŞİD cəzalarını tətbiq edirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İnsanlar İŞİD-in cəza tətbiqlərini təkrarlayırlar. İslamda belə bir şey yoxdur.

Oxu.Az xəbər verir ki, bu sözləri ilahiyyatçı Elşad Miri son vaxtlar xəyanət üstündə saçları kəsilən qadınlarla bağlı danışarkən deyib.

O bildirib ki, cəmiyyətdə insanlar hadisənin təfərrüatını bilmədən müxtəlif fikirlər səsləndirirlər:

“Bu gün insanlar İŞİD-in tətbiq etdiyi “rəcm” (daşqalaq edilmə) cəzalarına can atırlar. Bütün bunlar ya İslamla əlaqələndirilir, ya da namus, qeyrət məsələsi ilə. Axı “Tövrat”, “İncil”, “Quran” zinaya bu qədər qəddar cəzalar təyin etmir. Baxın zinaya görə cəzalar bunlardır:

“Tövratda “təsniyyə” adlanan bənddə deyilir: “Əgər bir kişi nişanlı qızla şəhərdə rastlaşıb, onunla yaxınlıq etsə, onları həmin şəhərin darvazasına gətirmək, daşlayıb öldürmək lazımdır”.

“İncil”də din xadimləri zina edən qadını törətdiyi əməl üstündə saxlayıb İsa peyğəmbərin yanına gətirir və daşqalaq edilməsi lazım olduğunu deyir. İsa peyğəmbər isə onlara deyir ki, bu qadına ilk daşı aranızda ən günahsız olan atsın”. Həmin insanlar bir-bir geri çəkilir və İsa peyğəmbər qadına deyir ki, mən də səni məhkum etmirəm, get, amma bir daha günah etmə!”

“Qurani-Kərim”də Nur surəsində uca Allah buyurub:

“İsmətli qadınları zinada günahlandırıb, sonra dörd şahid gətirməyən kəslərə səksən çubuq vurun və onların şahidliyini heç vaxt qəbul etməyin. Onlar əsil fasiqlərdir”.

Elşad Miri deyir ki, bu kimi hadisələrdə insan gərək övladını da düşünsün:

“Ailədə əgər uşaq varsa, hər iki valideyn mövcud vəziyyətin uşaqlara təsirini düşünməlidir. Ən yaxşı çıxış yolu isə boşanmaqdır. Əks təqdirdə bu cəmiyyətdə ciddi problemlərə gətirib çıxaracaq. Həmin o qadının səhvinin bu şəkildə cəmiyyətə buyurulması o qadının atasının, qardaşının, anasının rüsvay edilməsi deməkdir.

Ola bilər ki, o qadının səhvidir. Amma 2-3 əsr əvvəlki dövr deyil axı. Bu gün sosial şəbəkələrdə kiçik bir söz belə sürətlə yayılır. Yaxşı olar ki, bu məsələlər dində buyurulduğu kimi həll edilsin. Dörd şahidin yoxdursa, onu günahlandıra bilməzsən. Belə olan halda Allahın lənəti onun üzərinə olsun deyə bilərsən. Qarşılıqlı şəkildə üzr istəyib günahın təkrarlanmayacağına söz vermək lazımdır.

Heç bir halda heç kimi bu cür aşağılayacaq tərzdə cəzalandırmaq, məsələni ictimaiyyət içərisinə çıxarmaq, rüsvay etmək olmaz. Bu sübuta yetirilməzsə, həmin insanların özü cəzalanmalıdır. Əgər bu əməlləri din üzərindən edirlərsə, bir daha demək istəyirəm ki, İslam dinində daşqalaq edilmək yoxdur”.

Könül Cəfərli
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri