Dek
2018
15:50
152
14
3502
Virtual karabakh

Yuqra İctimai Palatasının sədri: Fərman Salmanovun çörəyini yeyirik

7 Dek, 2018
15:50
3502

Yuqra İctimai Palatasının sədri: Fərman Salmanovun çörəyini yeyirik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il dekabrın 4-də Rusiyanın 42 hava limanına adları veriləcək ölkənin görkəmli şəxsiyyətlərini seçmək üçün keçirilən yekun müsabiqənin nəticələri açıqlanıb.

Səsvermənin nəticələrinə görə, Surqut şəhərinin hava limanına görkəmli neftçi, geoloq alimimiz, Qərbi Sibir neft yataqlarını kəşf edən Fərman Salmanovun adı veriləcək.

Oxu.Az xəbər verir ki, Yuqra İctimai Palatasının sədri İrina Maksimova Report-a verdiyi müsahibədə həmyerlimiz Fərman Salmanovun bölgəyə verdiyi töhfələr barədə danışıb, onu xoş sözlərlə yad edib:

“Uzun siyahıya adları salınan insanların hamısına xas olan cəhət axına qarşı getməkdir. Fərman Salmanov da Yuqra torpaqlarında neft kəşf edən nadir geoloqdur. Ona Moskvaya qayıtmaq göstərişi versələr də, riskə gedərək tədqiqatlar apardı. Halbuki neft tapılmasaydı, onu partiya xətti ilə ciddi cəzalandıracaqdılar. Amma Fərman riskə getdi və qalib gəldi.

Bu insan peşəkar bəxtinə inanırdı. Əslində, biz hamımız burada neft kəşf edən, bizim bölgəni kəşf edən Fərman Salmanov sayəsində burada yaşayırıq, onun çörəyini yeyirik. Hazırda oğlu İlya Salmanov Nijnevartovsk şəhərində yaşayır, dairə xəstəxanasının baş həkimidir.

Nəvələri də buradadır. Yuqra torpağı bir çox görkəmli azərbaycanlı üçün doğma olub. Fərman Salmanov isə milliyyətcə azərbaycanlı, daxilən isə yuqralı olub”.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri