Dek
2018
17:00
395
312
31802
Virtual karabakh

Azərbaycanda polis mayoru faciəvi şəkildə öldü - FOTO

7 Dek, 2018
17:00
31802

Azərbaycanda polis mayoru faciəvi şəkildə öldü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda polis mayoru yol qəzası nəticəsində dünyasını dəyişib.

Oxu.Az-ın A24.az-a istinadən məlumatına görə, hadisə bu gün 01:30 radələrində Kürdəmir rayonunda baş verib.

Belə ki, rayonun Sığırlı kəndi ərazisində Əli Qaybalıyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Səfail Quliyevə məxsus “QAZel” markalı avtomobilə vurub.

Nəticədə, “VAZ-21074” markalı avtomobilin sürücüsü Ə.Qaybalıyev hadisə yerində ölüb.

Qeyd edək ki, polis mayoru Ə.Qaybalıyev Ağsu Rayon Polis Şöbəsinin sahə rəisidir.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri