10 
Dek
2018
17:07
240
26
2380
Virtual karabakh

Uşağa siqaret çəkdirmək yolverilməzdir - RƏY

10 Dek, 2018
17:07
2380

Uşağa siqaret çəkdirmək yolverilməzdir - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə azyaşlıların siqaret çəkməsi, içki içməsi barədə görüntülər yayılır.

Təbii ki, videolar birmənalı qarşılanmır. Son paylaşılan videoda hətta ata azyaşlı oğluna siqaret çəkməyi öyrədir.

Vəkil Xəyal Bəşirov Oxu.Az-a açıqlamasında bildirib ki, 2017-ci ilin dekabrın 1-dən qüvvəyə minən tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanunun 13-cü maddəsinə görə, yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışı və onların tütündən istifadə etməsi qadağan olunub:

“Yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışı, habelə onlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi qadağandır.

Yəni fərqi yoxdur, istəyirsən tütün məmulatını həmin şəxsə sat, ya istifadə etməsi üçün ver. Bu, birmənalı olaraq, qadağandır”. 

Vəkil bildirib ki, İnzibati Xətalar Məcəlləsində tütün məmulatlarının satılması qadağan olsa da, siqaretin azyaşlının əlinə verilməsi barədə inzibatı məsuliyyət qanunda yoxdur:

“Bununla bağlı qanunda boşluq var. Fikrimcə, valideynin öz övladına  siqareti verməsi ilə bağlı inzibati məsuliyyəti nəzərdə tutulmalıdır. İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulub ki, alkoqollu içkilər və ya tütün məmulatları yetkinlik yaşına çatmayanlara satılırsa, 100 manat cərimə olunur. Amma valideynlərlə bağlı iddia nəzərdə tutulmadığı üçün onlara inzibati məsuliyyətə cəlb etmək mümkün deyil”.

Psixoloq Təranə Kazımlı deyir ki, azyaşlılara siqaret çəkməyi öyrətmək heç də birmənalı qarşılana bilməz:

“Uşaqlara pisi, yaxşını öyrətmək üçün oyun şəklində başa sala bilərik. Atanın azyaşlı uşağına qarşı bu davranışı acınacaqlıdır. Uşaqlar üç yaşa kimi heç nəyi xatırlamır. Üç, beş və yeddi yaş dövrü ən böyük keçid mərhələsidir. Onların gələcəyini, xarakterlərini, həyatını yönləndirə biləcək davranışlar bu keçid dövründə baş verir. Pis nəsə olsa, onun yaddaşında, şüuraltında mənfi iz buraxır”.

Psixoloq qeyd edib ki, yeniyetməlik mərhələsi ən ciddi, təlatümlü, keçid dövrüdür:

“Bu müddəti uşaq travma almadan keçirirsə, bu, gələcəkdə bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Uşağa siqaret çəkdirmək, dalaşmağı öyrətmək yolverilməzdir. Onların şəxsiyyət kimi formalaşmasında ata obrazı əsas rol oynayır.

Bizə daha çox yeddi-doqquz yaşda olan uşaqların valideynləri onların davranış problemləri ilə bağlı müraciət edirlər. Araşdıranda ailədə ata obrazının olmadığı və ya zəif olduğu məlum olur. Uşaqlarda emosional yaş ata obrazı ilə ölçülür. Bir uşağın tam formalaşmasında ata obrazının xüsusi yeri var.

Hesab edirəm ki, uşaqda hər hansı bir problem varsa, ailə araşdırılmalıdır. Onlara uşaqlar emosional yaşda olarkən davranış formaları izah edilməlidir. Davranışlarla onlara nümunə olmaq lazımdır. Çünki onlar bizim dediklərimizdən yox, davranışlardan öyrənirlər”.

İlhamə Əbülfət
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri