10 
Dek
2018
16:12
28
292
11902
Virtual karabakh

Daha bir müəllim şagirdi ilə evləndiyini etiraf edib - VİDEO

10 Dek, 2018
16:12
11902

Daha bir müəllim şagirdi ilə evləndiyini etiraf edib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mən özüm ali təhsilliyəm. Yeddinci sinifdə oxuyan qızla ailə qurmuşam, sabah mənim başıma qaxınc olmasın. Mən onu məktəbdən çıxarmışam. Sabah xanım mənə deməsin ki, yemək bişirə bilməz, işdən yorğun gəlib, yatmalıdır, dincəlməlidir. Mən öz yoldaşıma orta məktəbdə dərs demişəm.

Oxu.Az xəbər verir ki, bunu “Space” kanalında yayımlanan “El bizim, sirr bizim” verilişinin qonağı özü etiraf edib. 

Verilişdə qonaqlar arasında yaranmış mübahisə qəribə açıqlamalarla nəticələnib. Belə ki, müəllim olduğunu söyləyən Mirismayıl Xələfli öz xanımı ilə hələ yeddinci sinifdə oxuyarkən evləndiyini söyləyib.

“Bunu ona görə etdim ki, o işləməsin və sonra mənə deməsin ki, işdən yorğun gəlmişəm, mən yemək bişirə bilmərəm. Mən öz yoldaşıma orta məktəbdə dərs demişəm”.

Bu fikirlərin qarşısında digər qonaq müəllimin bu hərəkətini qınadığını və bunun pedofillik olduğunu bildirib.

Xatırladaq ki, bir müddət öncə qalmaqallı şəkildə Bakı şəhəri, Nizami rayonunda yerləşən 220 nömrəli orta məktəbdən uzaqlaşdırılan müəllim Rövşən Əzizovla bağlı da belə xəbərlər yayılmış, onun doqquz yaşlı şagirdinə vurulduğu iddia olunmuşdu.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri