10 
Dek
2018
23:33
134
23
2883
Virtual karabakh

Rusiyada evə basqın edən azərbaycanlının işi məhkəməyə göndərildi

10 Dek, 2018
23:33
2883

Rusiyada evə basqın edən azərbaycanlının işi məhkəməyə göndərildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Pavlov rayonunun prokurorluğu soyğunçuluq məqsədilə evə basqın edən azərbaycanlının işini məhkəməyə göndərib. 

Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Azərbaycan vətəndaşı iki dostu ilə birlikdə bıçaq və elektroşokla 1961-ci il təvəllüdlü ev sahibi və onun həyat yoldaşına, eləcə də, beş və səkkiz yaşlarında olan nəvələrinə zor tətbiq edərək, pulunu alıb.

Ümumilikdə, onlar evdən 385 min rubl (9856 AZN – red.) pul götürüb və hadisə yerindən qaçıblar. 

Hadisədə şübhəli bilinən azərbaycanlı Moskvada saxlanılıb. Onunla əlbir olan iki şəxsin axtarışı davam etdirilir. 

Hadisəni törədən şəxsləri 7 ildən 12 ilədək həbs cəzası gözləyir.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri