11 
Dek
2018
10:12
7
170
2310
Virtual karabakh

Şəkidə maşın 50 yaşlı kişini vurub öldürdü

11 Dek, 2018
10:12
2310

Şəkidə maşın 50 yaşlı kişini vurub öldürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin S.Rəhman küçəsində baş verib.

Şəki rayonunun Oxud kənd sakini, 1998-ci il təvəllüdlü Məmmədli Ülvi Sadiq oğlu idarə etdiyi “VAZ 2106” markalı, 55-CA-423 dövlət nömrə nişanlı avtomobillə həmin küçədə “Təzə Bazar” adlanan ərazidə yolu keçən piyada, Balakən rayon sakini, 1968-ci il təvəllüdlü Omarov Ramiz Məhəmməd oğlunu vurub.

Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı Şəki rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Könül Cəfərli
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri