11 
Dek
2018
10:34
7
392
10032
Virtual karabakh

Lənkəranda ana yeddi aylıq uşağını bətnində öldürdü

11 Dek, 2018
10:34
10032

Lənkəranda ana yeddi aylıq uşağını bətnində öldürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda ana körpəsini bətnində dərmanla öldürüb.

Oxu.Az-ın məlumatına görə, dekabrın 10-da, gecə saat 01:20 radələrində 2000-ci il təvəllüdlü Bəşirova Xədicə Emil qızı yeddi aylıq hamiləliklə Lənkəran rayon Mərkəzi Xəstəxanasının doğuş şöbəsinə gətirilib.

Doğuş zamanı dünyaya gələn körpə ölüb. Meyit müayinə olunması üçün məhkəmə-tibbi ekspertizasına təqdim edilib. 

İlkin araşdırma zamanı Xədicə Bəşirova bildirib ki, hamilə vaxtı müayinədən keçərkən doğulacaq qız uşağının xəstə olduğunu öyrənib.

Uşağın ölməsi üçün dekabrın 9-da gecə saat 01:00 radələrində dərman preparatı qəbul edib. 
Nəticədə, dekabrın 10-da uşaq dünyaya gəlib və dərhal ölüb.

Faktla bağlı Lənkəran rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

İlhamə Əbülfət
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri