11 
Dek
2018
10:15
40
298
21892
Virtual karabakh

Bakının mərkəzində dəhşət: ər arvadını 5-ci mərtəbədən atdı

11 Dek, 2018
10:15
21892

Bakının mərkəzində dəhşət: ər arvadını 5-ci mərtəbədən atdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda narkoman kişi həyat yoldaşını qətlə yetirib.

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayon, məhəllə 381, R.Behbudov küçəsi ev 65, mənzil 51 ünvanında baş verib. 

Mənzildə qeydiyyatda olan Taxveli Adelya Azər qızı yaşadığı 14 mərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılaraq ölüb. 

Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, qadını həyat yoldaşı Taxveli Ramiz Pərviz oğlu yaşadıqları evin eyvanından aşağı atıb. 

Şəxsə məxsus avtomaşına baxış keçirilərkən kibrit qutusunda çəkisi 5.647 qram olan qurudulmuş marixuana aşkar edilib. R.Taxvelinin hadisəni narkotik qəbulu nəticəsində psixi pozğunluq halında törətdiyi qeyd olunur. 

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və R. Taxveli saxlanılaraq istintaqa təhvil verilib.

Könül Cəfərli
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri