12 
Dek
2018
15:37
39
318
9182
Virtual karabakh

Bakıda maşının üstünə nəcis dolu torba atdılar - VİDEO

12 Dek, 2018
15:37
9182

Bakıda maşının üstünə nəcis dolu torba atdılar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda hündürmərtəbəli binadan atılan tullantılarla dolu torba vətəndaşlardan birinin avtomobilini yararsız hala salıb.

Oxu.Az-ın məlumatına görə, hadisə Bakının Nəsimi rayonu, Cavadxan küçəsi 31c ünvanında baş verib.

Hündürmərtəbəli binanın həyətində avtomobilini saxlayan şəxs bir müddət sonra dəhşətli görüntü ilə qarşılaşıb. Belə ki, maşının üzərinə içərisində nəcis olan qum torbası atılıb. Nəticədə, maşının arxa şüşəsini sınaraq yararsız hala düşüb.

Qum torbasını kimin atdığı bəlli olmasa da, ilkin ehtimallara görə, bunu binada yaşayan sakinlərdən biri edib. Sürücü hadisəni və maşının vəziyyətini videoya çəkərək sosial şəbəkədə paylaşıb. Xoşbəxtlikdən hadisə baş verən zaman avtomobilin içərisində heç kim olmayıb. 

Könül Cəfərli 
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri