12 
Dek
2018
20:48
65
393
26573
Virtual karabakh

Bakı metrosunda dava - YENİLƏNİB

12 Dek, 2018
20:48
26573

Bakı metrosunda dava - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hadisə zamanı mübahisə edən sərnişinlər bir-birindən şikayətçi olmayıb”.

Bunu Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bakı metrosunun “Gənclik” stansiyasında baş verən hadisə ilə bağlı bildirib.

“Hadisə zamanı ictimai asayiş pozulmayıb. Polis sərnişinlərlə söhbət aparıb, onlar bir-birinə qarşı barışdırıcı mövqe tutduqları üçün məsələ yerindəcə aydınlaşdırılıb. Onlar barışdırılaraq yola salınıb”, - deyə o vurğulayıb.

18.53

Bakı metrosunun “Gənclik” stansiyasında dava düşüb.

Oxu.Az-ın məlumatına görə, hadisə saat 18:37-də baş verib. 

Bir neçə nəfər naməlum səbəblərdən dava edib və stansiyada sıxlıq yaşanıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı saytımıza təsdiqləyib. 

Onun sözlərinə görə, qatara minən və düşən sərnişinlər arasında mübahisə düşüb:

“İki sərnişin mübahisə edib. İnsident böyüdüyü üçün metropoliten işçiləri və polis əməkdaşları vəziyyətə müdaxilə edib. Sərnişinlər hazırda ifadə verir. Daha ətraflı məlumat veriləcək”.

Könül Cəfərli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri