13 
Dek
2018
15:36
178
39
1803
Virtual karabakh

Aqil Abbas: Qızların erkən nikahlara zorla cəlb edilməsi cinayət əməlidir

13 Dek, 2018
15:36
1803

Aqil Abbas: Qızların erkən nikahlara zorla cəlb edilməsi cinayət əməlidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qızların təhsildən yayındırılması, erkən nihaklara məcbur edilməsi məsələsinin araşdırılması ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır.

Bunu Oxu.Az-a açıqlamasında yazıçı-publisist, millət vəkili Aqil Abbas deyib.

Onun sözlərinə görə, bu məsələ medianın, televiziyaların məsələsi deyil.

“Bəli, maarifləndirmə lazımdır, bu, olmalıdır və başadüşüləndir. Amma bu məsələnin həlli hüquq-mühafizə orqanlarından asılıdır, bu, onların işidir. Mən inanmıram və düzünü desəm, əlimdə elə bir faktım da yoxdur, deyəm ki, qızların təhsildən yayındırılması kütləvi hal alıb.

Belə hallar ola bilər və var, istisna deyil, amma o qədər qorxulu və narahatlıq doğura biləcək səviyyədə deyil. Amma hüquq-mühafizə orqanları bununla da məşğul olmalıdır, məktəblərə getməlidirlər ki, niyə belə bir vəziyyət yaranıb. 

Qızların erkən nikahlara zorla cəlb edilməsinə gəlincə, bu, artıq cinayət əməlidir. Azərbaycan qanunvericiliyində bu məsələ öz əksini məhz bu şəkildə tapıb. Qanunvericilikdə göstərilir ki, heç bir qız və ya oğlan uşağı 18 yaşı (nadir - istisna hallarda 17 yaşında) tamam olmamış evlənə, ailə qura bilməz.

Bu, qanunla qadağan olunur. Hələ onu demirəm ki, kəbinsiz nikaha daxil olanların əməli, hərəkəti ikiqat cinayət əməlidir. Çox təəssüflər olsun ki, rəsmi nikah olmadan ailə quranlar da var. Bu, heç cür düzgün deyil, yolverilməzdir və cinayət əməlidir. Amma yenə deyirəm, bu, Aqil Abbasın, Kamilin, medianın həll edəcəyi məsələsi deyil.

Bununla hüquq-mühafizə orqanları məşğul olmalıdır”, - deyə A.Abbas əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri