13 
Dek
2018
13:07
114
59
6610
Virtual karabakh

Sinoptiklər yağışlı hava vəd edirlər

13 Dek, 2018
13:07
6610

Sinoptiklər yağışlı hava vəd edirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 10-12 dərəcə isti təşkil edəcək. 

Atmosfer təzyiqi 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz olacaq.

Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı, dağlıq ərazilərdə qar  yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 0-4, gündüz  5-9 dərəcə  isti  təşkil edəcək.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri