13 
Dek
2018
15:14
33
113
8302
Virtual karabakh

Bakı metrosunda qızı vurub qatardan platformaya salan gəncdən xəbər var

13 Dek, 2018
15:14
8302

Bakı metrosunda qızı vurub qatardan platformaya salan gəncdən xəbər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Metronun “Nizami” stansiyasında sərnişinlər arasında dava ilə bağlı rəsmi açıqlama verilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə bu il dekabrın 6-da axşam saatlarında metronun “Nizami” stansiyasında sərnişinlər arasında dava düşməsi, nəticədə bir oğlanın bir qızı vuraraq qatardan platformaya salması barədə məlumatlar yayılıb:

“Bununla əlaqədar Bakı Şəhər BPİ-nin Metropolitenində Polis Şöbəsində müvafiq araşdırma aparılıb, hadisənin iştirakçısı olan hər iki nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Araşdırmalarla o da müəyyən olunub ki, Bakı şəhər sakini Əli Məhərrəmov dekabrın 6-da saat 21:50 radələrində metronun “Nizami” stansiyasında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq hərəkətləri edərək heç bir əsaslı səbəb olmadan paytaxt sakini Pərvanə Fərmanzadəyə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Faktla əlaqədar  Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb”.

“İstintaq zamanı zərərçəkmiş şəxs P.Fərmanzadə və şahidlər dindirilib. Ə.Məhərrəmov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib, ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan olunub. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”, - deyə rəis müavini qeyd edib.

İlhamə Əbülfət
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri