18 
Dek
2018
12:35
172
24
2626
Virtual karabakh

Fazil Mustafa: Nəqliyyat idarə edilir, amma onun intellektuallığı görünmür

18 Dek, 2018
12:35
2626

Fazil Mustafa: Nəqliyyat idarə edilir, amma onun intellektuallığı görünmür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən axşamdan bir balaca yağış yağdı, Bakıda yenə aləm bir-birinə dəydi, tıxaclar yaranmağa başladı. Bu, artıq cəmiyyətimiz üçün ciddi məsələyə çevrilməkdədir.

Oxu.Az-ın xəbərinə görə, bunu millət vəkili Fazil Mustafa parlamentin növbəti plenar iclasında dilə gətirib.

“Biz niyə bunun qarşısını ala bilmirik? Bu gün hansı insanlar narazıdır? O insanlar ki, marşrutlarda, avtobuslarda, yollarda dəqiqələrlə, saatlarla durub, oturub gözləyirlər… Hamısı işə yetişməkdə çətinlik çəkir. Bunlardan ciddi narazılar elektoratı ola bilməz.

Tez-tez nəqliyyatın intellektual idarəetməsindən danışılır, düzdür, nəqliyyat idarə edilir, amma onun intellektuallığı görünmür, yoxdur. Odur ki, biz ictimai nəqliyyat məsələsini qaydaya salmalıyıq. Bizdə bu işi görəcək mütəxəssislər yoxdursa, xaricdən dəvət etməliyik”, - deyə F.Mustafa əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri