18 
Dek
2018
15:30
123
43
10825
Virtual karabakh

Su polisinin 2018-ci ildə alqışlanası tədbirlərindən biri - FOTO/VİDEO

18 Dek, 2018
15:30
10825

Su polisinin 2018-ci ildə alqışlanası tədbirlərindən biri - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ov mövsümünün başlanması ilə əlaqədar respublikanın su hövzələrində brakonyerliyə, balıq və çöl quşlarının qanunsuz ovlanması, satılması, həmçinin digər hüquq pozuntularının qarşısının alınması məqsədilə növbəti uğurlu əməliyyat-profilaktiki tədbir həyata keçirilib.

Oxu.Az-ın xəbərinə görə, Su Nəqliyyatında Polis İdarəsinin İmişli XPB-nin əməkdaşları tərəfindən ekoloji cinayətlər  törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbir zamanı 1963-cü il təvəllüdlü Sabirabad rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 194-cü (Bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı alma və ya satma) maddəsi ilə məhkum olunmuş Novruzov Nəvai Əlibala oğlu saxlanılıb. 

Onun idarə etdiyi “Qaz-33021” markalı 54-BX-582 dövlət qeydiyyat nişanlı  yük avtomobili Saatlı rayonu Məzrəli kəndi ərazisində saxlanılıb və avtomobilin yük yerinə baxış zamanı qanunsuz yolla ovlanmış 251 ədəd qaşqaldaq və 4 ədəd ördək quşu aşkar edilərək maddi sübut kimi götürülüb. Qeyd edək ki, araşdırma zamanı aşkar edilən quşların  İmişli, Saatlı, Sabirabad ərazisində ovlandığı məlum olub. Saxlanılan şəxs ifadəsində əməlindən peşman olduğunu bildirib.  Faktla bağlı  Su Nəqliyyatında Polis İdarəsində təhqiqat aparılır.

Qeyd edək ki, Qızılağac Dövlət Qoruğu, Abşeron Dövlət Qoruğu, Ağgöl Dövlət Qoruğu və Sarısu Ovçuluq  Təsərrüfatı, eləcə də Şərbətgol, Mahmutçala, Qırmızıçala, Yaşma, Giləzi, Varvara Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisində yerləşən dövlət qoruqları və ovçuluq təsərrüfatlarıdır. 

Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisi olan adları sadalanan məkanlarda bu cür hallar barəsində məlumat daxil olduqda idarə əməkdaşları tərəfindən dərhal ciddi ölçü götürüləcək. 

O cümlədən, Su Nəqliyyatında Polis İdarəsi tərəfindən qırmızı kitaba düşmüş quşları və balıqları qanunsuz şəkildə ovlayanlara qarşı ciddi mübarizə aparılır. Qeyd edilən qanun pozuntularını törədənlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələbləri çərçivəsinə uyğun olaraq cəzalandırılacaqlar.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri