26 
Dek
2018
17:07
7
468
8865
Virtual karabakh

Xalq artistinin ayağı amputasiya ediləcək

26 Dek, 2018
17:07
8865

Xalq artistinin ayağı amputasiya ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Əzizbəyli artıq bir neçə gündür xəstəxanaya yerləşdirilib. Üç dəfə insult keçirən aktyorun ayağında qanqrenanın yaranması səhhətinin pisləşməsinə səbəb olub. Artıq həkimlər Ramiz Əzizbəyli ilə bağlı bu gün qərara gəliblər. 

Oxu.Az xəbər verir ki, Xalq artistinin sputnik.az-a danışan qızı Cəlalə Əzizbəyli bildirib ki, bugünkü konsultasiyada Ramiz Əzizbəylinin sabah əməliyyat olunması ilə bağlı qərar qəbul edilib:

“Çünki barmaq hissə çürüyüb və qanqrena getdikcə irəliləyir. Həkimlər daha çox sepsis olma ehtimalından qorxurlar. Bu səbəbdən də atamın ayağının daban hissədən kəsilməsi ilə bağlı qərara gəliblər. Atamın o biri ayağı da xəstə olduğundan həkimlər istəyir ki, heç olmasa, bu ayaqla dayaq saxlaya bilsin”.

C.Əzizbəyli əməliyyatın Xalq artistinin həyatı üçün riskli olduğunu da qeyd edib.

Aktyorun qızı atasının da əməliyyatdan xəbərdar olduğunu bildirib: 

“Atam sabah ayağının kəsiləcəyini bilir. Heç nə demir, etiraz etmir. Deyir ki, “yaşamaq istəyirəm, əsas odur ki, ayağımı kəssələr də, yaşayım”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri