Yan
2019
14:57
195
37
19698
Virtual karabakh

Leyla Şıxlinskaya klinikasını satdı

3 Yan, 2019
14:57
19698

Leyla Şıxlinskaya klinikasını satdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Leyla Şıxlinskaya rəhbəri olduğu klinikanı satıb.

Oxu.Az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, artıq klinikaya yeni direktor təyin edilib. 

Qeyd edək ki, xəstəxana 1999-cu ilin avqust ayında açılmışdı. Mərkəzə açıldığı gündən etibarən Leyla Şıxlinskaya başçılıq  edib.  

Şıxlinskayanın klinikasının adı ötən il məhkəmə çəkişmələri ilə yadda qalıb. 

Belə ki, L.Şıxlinskaya klinikanın baş mühasibi işləmiş Şəhla Abbasovanı bir milyon vəsaiti mənimsəmək iddiası ilə işdən çıxarıb. Məhkəmə ekspertizası isə dəyən ziyanın 56 min manat olduğunu üzə çıxarıb. L.Şıxlinskaya bu məbləğlə razılaşmayıb.

Bundan əlavə, klinika son illərdə medianın gündəminə müxtəlif qalmaqallarla, o cümlədən, vergidən yayınma halları ilə gəlib. Görünür, belə şəraitdə xanım Şıxlinskaya vəziyyətdən çıxış yolu kimi klinikanı satıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri