Yan
2019
15:09
19
408
9509
Virtual karabakh

Hesabından pul oğurlanan üç yaşlı Aylinin anası danışdı - VİDEO

4 Yan, 2019
15:09
9509

Hesabından pul oğurlanan üç yaşlı Aylinin anası danışdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rahilə Dadaşovanın üç yaşlı qızı Aylin Dadaşova leykoz xəstəliyindən əziyyət çəkir. Atası olmadığı üçün azyaşlının müalicəsinə dəstək məqsədilə hesab açılıb və beş min manat məbləğində pul yığılıb.

Oxu.Az-ın xəbərinə görə, bir neçə gün öncə Moskvadan olan azərbaycanlı şəxs azyaşlıya kömək edəcəyini, lazım olan bütün vəsaiti ödəyəcəyini deyib.

Naməlum şəxs uşağın dayısı Rahil Cəfərova mesaj yazaraq hesab nömrəsi istəyib və 50 min manat köçürəcəyini deyib.

Uşağın dayısı həmin şəxsə kartın nömrəsini, Aylinin xəstəlik kağızlarını, anasının şəxsiyyət vəsiqəsini və başqa sənədlərin fotosunu göndərib.

Bütün hadisələr isə elə bundan sonra başlayıb. Hesabda olan digər pullar da kartdan yoxa çıxıb.

İndi ailənin tək istəyi neçə vaxtdır əziyyətlə yığılan pulların geri qaytarılması və övladının müalicəsi üçün yardım göstərilməsidir.

İlhamə Kələyeva, Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri