10 
Yan
2019
22:38
20
277
12056
Virtual karabakh

Bakıda “donuz qripi” fırıldaqçıları peyda oldu - VİDEO

10 Yan, 2019
22:38
12056

Bakıda “donuz qripi” fırıldaqçıları peyda oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanda “donuz qripi” virusunun olmasından istifadə edən bəzi şəxslər artıq Bakıda fırıldaqçılığa başlayıblar. Onlar sakinlərə yaxınlaşaraq, binaların bloklarında “donuz qripi”nə qarşı dezinfeksiya apardıqlarını bildirərək onlardan pul alıblar.

Oxu.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, həmin şəxslər paytaxtın Xətai, Suraxanı və Sabunçu rayonlarında belə bir addım atıblar.

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin V və D massivlərində yaşayan sakinlər bildiriblər ki, özlərini təqdim etməyən şəxslər qapıları döyərək dezinfeksiya etməyi təklif edib, bunun qarşılığında iki manat pul istəyiblər.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva isə bildirib ki, həm mərkəzin özündə, həm də rayonlarda onların mərkəzi tərəfindən dezinfeksiya işləri aparılmır. Yalnız rayonlarda prodezinfeksiya idarələri Mənzil Kommunal Təsərrüfatı birlikləri ilə müqavilə əsasında bağça, məktəb və xəstəxanalarda bu işləri apara bilərlər.

Araşdırma zamanı məlum olub ki, həmin idarələr tərəfindən bu yaxınlarda heç bir dezinfeksiya işləri aparılmayıb.

Vətəndaşlara tövsiyə olunur ki, bu cür halla qarşılaşdıqda hüquq-mühafizə orqanlarına müraciət etsinlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri