11 
Yan
2019
09:27
221
16
2998
Virtual karabakh

Parkinqlərə görə ödənişləri artırmaq doğru deyil - AÇIQLAMA

11 Yan, 2019
09:27
2998

Parkinqlərə görə ödənişləri artırmaq doğru deyil - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda fəaliyyət göstərən parkinqlərin qiyməti barədə təkliflər hazırlanmalıdır.

Bunu Oxu.Az-a açıqlamasında nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev deyib.

Onun sözlərinə görə, indiki mərhələdə parkinqlərə görə aylıq ödənişləri qaldırmaq doğru deyil:

“Çünki problemlər tamamilə başqa yöndədir. Dünya təcrübəsinə görə, yeraltı və yerüstü parkinqlər küçələrdə olan parkinqlərdən daha ucuzdur. Bunun səbəbi var.

Bu, praktiki olaraq ona səbəb olur ki, insanlar küçədə deyil, kənar parkinqlərdən istifadə edirlər. Problem ondadır ki, küçə sahəsi məhdud resursdur və həmişə problem olur.

Eyni zamanda, küçələrdə parkinq ucuz olsa, bu, tələbin artımına gətirib çıxarır. Nəticədə, parkinqlər məşğul olur və boş yer tapmaq olmur”.

Ekspert parkinqin qiyməti barədə də danışıb:

“Tələb və təklifin tarazlığı olmalıdır. Küçədə kimin qısamüddətli bir işi varsa, parkinqdə maşını saxlayan zaman qiymət münasib olmalıdır.

Qiymət yüksək olduğu halda, daha çox qapalı parkinqlərə üz tuturlar. Parklanma siyasətində qiymət tərtib etmə ona yönəlir ki, insanlar avtomobil saxlamaqdan maksimum imtina etsinlər.

Məsələn, Londonda mərkəzi yerlərdə bir saat maşın saxlamaq üçün dörd funt-sterlinq ödənilir. Bu da bizim qiymətlə 10 manat sayılır. Bu, insanları ictimai nəqliyyatdan istifadəyə yönəltmək üçün bir siyasətdir”.

Hüseyn Abdullayev qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi parklanma siyasəti haqqında məhdud məlumat verir:

“Parklanmanın idarə olunması barədə geniş məlumat verilməlidir. BNA-nin indiki addımı qanunsuz dayanma-durmanı nisbətən nəzarətə götürməkdir”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri