11 
Yan
2019
09:44
10
275
4118
Virtual karabakh

Sumqayıtda ər hamilə arvadına işgəncə verdi

11 Yan, 2019
09:44
4118

Sumqayıtda ər hamilə arvadına işgəncə verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda hamilə qadın əri tərəfindən döyülüb, işgəncələrə məruz qalıb. 

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda baş verib.

Belə ki, kirayədə yaşayan Arzu Hüseynova əri, 28 yaşlı Fuad Hüseynov tərəfindən döyülüb.

Daha sonra kişi qadının əl və qol nahiyələrini şüşə parçası ilə kəsib. Qadın aldığı xəsarətlərdən huşunu itirib. Hadisəni törədən ər evdən xanımına məxsus qızılları da götürərək qaçıb. 

Hadisə yerinə dərhal Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməkdaşları cəlb edilib. 

Zərərçəkmiş Arzu Hüseynovanın ərizəsi qəbul edilib və ona ekspertiza təyin olunub.

Qeyd edək ki, A.Hüseynova beş aylıq hamilədir. Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri