11 
Yan
2019
10:46
7
120
1533
Virtual karabakh

Azərbaycana “donuz qripi”nə qarşı peyvənd gətirilibmi? - AÇIQLAMA

Azərbaycana “donuz qripi”nə (H1N1 virusu) qarşı peyvənd gətirilməyib.

Səhiyyə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda mövsümi qripin səviyyəsi ötən illərlə müqayisədə çox aşağıdır:

“Ümumiyyətlə, “donuz qripi” vaksinasiyası yoxdur. Ümumi qrip vaksinasiyası var ki, o da Azərbaycanda planlı şəkildə həyata keçirilməyib”.

“Mövsümi qrip əleyhinə peyvənd var, istənilən vətəndaş özünü klinikalarda peyvənd etdirə bilər”, - deyə nazirlikdən qeyd edilib. 

Qeyd edək ki, bəzi saytlarda Azərbaycana “donuz qripi”nə (H1N1 virusu) qarşı peyvənd gətirilməsi barədə məlumat yayılıb. 

İlhamə Əbülfət 

www.oxu.az

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri