11 
Yan
2019
12:16
79
27
2835
Virtual karabakh

Xidmət rəisi: Deportasiya halları kəskin azalıb

11 Yan, 2019
12:16
2835

Xidmət rəisi: Deportasiya halları kəskin azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyevin 14 iyulda imzaladığı sərəncamla miqrasiya ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq dəyişikliklər qüvvəyə minib. Bu, çox əhəmiyyətli dəyişiklik idi.

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətində 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı xidmətin rəisi Vüsal Hüseynov bildirib. 

Onun sözlərinə görə, bu dəyişikliklər bir çox istiqamətdə öz təsirini göstərib:

“Birinci olduğu yerdə qeydiyyatla bağlı dəyişiklik idi ki, bizim əvvəlki qanunvericilikdə əcnəbilər 10 gün ərzində qeydiyyata düşməli idilər.

Yeni qanunvericiliyə əsasən, bu müddət 15 günə qədər artırılıb. 

İkinci vacib məqam isə əvvəlki qanunvericilikdə olan müddəa həm turizmin təşviqi baxımından sərt bir müddəa idi ki, əcnəbi vətəndaş üç il ərzində iki dəfə miqrasiya ilə bağlı qanunvericiliyin tələblərini pozardısa, onun ölkəyə girişinə məhdudiyyət tətbiq edilirdi. Yeni qanunvericiliyə əsasən, bu müddəaya dəyişiklik edilib”.

Vüsal Hüseynov qeyd edib ki, yeni dəyişiklikdə əcnəbilərin hər hansı bir cərimələri və məsuliyyəti olduqda onlara seçim imkanı verilir:

“Onların bu cərimələri ölkəni tərk etdikdən sonra da ödəmək imkanları olur. Bu tədbirlərin nəticəsidir ki, inzibati qaydada kənara çıxarılan, girişi məhdudlaşdırılan şəxslər və ya deportasiya dediyimiz halların sayında kəskin azalma müşahidə olunub”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri