11 
Yan
2019
13:04
21
136
4162
yuxarı
Azərbaycanlı qadın Rusiyada nəvələrini oğurladı
11 Yan, 2019
13:04
4162
21
136
Azərbaycanlı qadın Rusiyada nəvələrini oğurladı
Rusiyanın Omsk vilayətinin polis idarəsinə Yamalo-Nenetski muxtar vilayətinin sakini olan qadın müraciət edərək bildirib ki, keçmiş qayınanası onun iki övladını oğurlayıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Rusiyanın Federal Xəbər Agentliyi mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, 1962-ci il təvəllüdlü azərbaycanlı qadın Omsk vilayətində həbsdə olan oğluna baş çəkməyə hazırlaşıb. Bunun üçün o, 2011 və 2013-cü il təvəllüdlü olan iki nəvəsini götürərək, yanvarın 5-də qatara əyləşib.
Yanvarın 6-dan isə onlardan heç bir xəbər alınmayıb. Sonuncu dəfə qadını nəvələri ilə birlikdə yanvarın 9-da Dağıstanın Qızılyurd şəhərində görüblər.
Faktla bağlı araşdırmalara başlanılıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək