12 
Yan
2019
13:59
26
182
6398
Virtual karabakh

Dərmanların satış qiyməti təsdiqləndi

12 Yan, 2019
13:59
6398

Dərmanların satış qiyməti təsdiqləndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tarif (qiymət) Şurası dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə qərar verib.

Oxu.Az-ın məlumatına görə, bu barədə qərarı Şuranın sədri Şahin Mustafayev imzalayıb. 

“Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na və “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”a uyğun olaraq, Tarif (qiymət) Şurası dərman vasitələrinin aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətləri və onların qüvvəyə minmə tarixləri təsdiq edilib.

Qərarda qeyd edilib ki, Tarif (qiymət) Şurası tərəfindən qiymətləri tənzimlənmiş dərman vasitələri üzrə onların ticarət adını, təsiredici maddəsinin adını, dozasını, farmasevtik formasını, ticarət qablaşdırmasını, qablaşdırma miqdarını, istehsal ölkəsini, istehsalçı şirkətini, aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətini və qüvvəyə minmə tarixini əks etdirən icmal siyahıdır.

Qərar imzalandığı gündən qüvvəyə minir.

Dərmanların adları barədə siyahını linkdən əldə edə bilərsiz.

İlhamə Əbülfət 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri