15 
Yan
2019
09:38
177
115
34356
Virtual karabakh

Ramil Usubov Səhlab Bağırova yeni vəzifə verdi

15 Yan, 2019
09:38
34356

Ramil Usubov Səhlab Bağırova yeni vəzifə verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iki yeni təyinat üzrə müvafiq əmr imzalayıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Ramil Usubovun əmri ilə iki generalın yeri dəyişdirilib.

Onlardan biri Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Çevik Polis Alayının komandiri təyin olunub.

Çevik Polis Alayının keçmiş komandiri, polis general-mayoru Zaur Abdullayev isə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

İnformasiyanın doğruluğu DİN tərəfindən Oxu.Az-a təsdiqlənib.

Qeyd edək ki, bu barədə ilk məlumatı unikal.org saytı dərc edib.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri