19 
Yan
2019
09:18
28
50
3828
Virtual karabakh

Yazılı abidələr və kabel şəbəkəsi yayımı ilə bağlı yeni layihələr gündəmdə

19 Yan, 2019
09:18
3828

Yazılı abidələr və kabel şəbəkəsi yayımı ilə bağlı yeni layihələr gündəmdə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daha iki yeni qanun layihəsi müzakirələrə çıxarıla bilər. Bunlar Milli Məclisin (MM) Mədəniyyət komitəsinin hazırladığı “Yazılı abidələr haqqında” və  “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihələridir.

Oxu.Az-ın məlumatına görə, bunu adıçəkilən komitənin sədri, akademik Rafael Hüseynov bildirib.

Hər iki qanun layihəsinin komitənin gündəmində dayandığını bildirən R.Hüseynov xüsusilə yazılı abidələrlə bağlı sənədin uzun illərdir müzakirə mövzusu və ortada olduğunu bildirib.

Adıçəkilən qanun layihəsinin təşəbbüskarının və müəllifinin də özü olduğunu qeyd edən komitə sədri bu sənədə ciddi ehtiyac duyulduğunu sözlərinə əlavə edib.

Bildirib ki, yaxın gələcəkdə sözügedən qanun layihəsinin müzakirələrə çıxarılması və plenar iclasa tövsiyə olunması mümkündür.

Həmçinin, kabel şəbəkəsi yayımı ilə bağlı qanun layihəsinə toxunan komitə sədri burada bəzi  mübahisəli məqamların mövcudluğunu və aidiyyəti qurumlarla bu məsələlərin həllinə nail olunmasına çalışıldığını deyib.

O qeyd edib ki, artıq bu istiqamətdə müsbət irəliləyişlər var və bu baxımdan, yaxın gələcəkdə adıçəkilən sənədin müzakirəsi istisna olunmur.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri