18 
Yan
2019
19:00
20
128
7586
Virtual karabakh

Akademik: Heç bir qanun bu qədər müzakirə olunmayıb

18 Yan, 2019
19:00
7586

Akademik: Heç bir qanun bu qədər müzakirə olunmayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi artıq müzakirələrə tam hazırdır. Bu sənəddəki bütün mübahisəli məqamlar tam aradan qaldırılıb.

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı parlamentin Səhiyyə komitəsinin ilk iclasında çıxışı zamanı adıçəkilən komitənin sədri, akademik Əhliman Əmiraslanov deyib.

Komitə sədri deyib ki, bu məsələ ilə bağlı hələ bir xeyli müddət öncə spiker Oqtay Əsədov onunla söhbət edib və sənədin nə yerdə olması ilə maraqlanıb:

“Mən o zaman Oqtay müəllimlə söhbətimdə qeyd etdim ki, bu sənəd ilk dəfə (3-cü çağırış parlamentdə - red.) müzakirə olunanda hələ deputat deyildim, məsələnin gedişatından xəbərsizdim. Yəni, bu onu göstərir ki, bu məsələ daim parlament rəhbərliyinin diqqətində olub.

Onu da xatırladım ki, bu qanun layihəsi deputat həmkarımız Məlahət xanım İbrahimqızı tərəfindən hazırlanmış və onun tərəfindən məruzə edilmişdi. Ancaq o zamanlar həmin sənəd bəzi məlum məqamlara görə geri qaytarılmışdı.

Bizim Səhiyyə komitəsi yaradılandan sonra isə bir daha bu məsələ ilə maraqlandıq və tam yeni qanun layihəsi hazırladıq. Hesab edirəm ki, artıq bu sənəd müzakirələrə tam hazırdır. Mən bu haqda artıq çox danışmaq istəmirəm, çünki bu barədə çox danışılıb, çox deyilib.

Bəlkə də, ikinci bir qanun layihəsi tapılmaz ki, haqqında bu qədər danışılmış olsun. Artıq hiss edilir ki, deputatlar da bu qanun müzakirəsinə və qəbuluna hazırdırlar, onların da etiraz edəcəyi bir məsələ qalmayıb. Bir sözlə, yaz sessiyasında bu qanun layihəsinin müzakirəsini nəzərdə tuturuq və gözləyirik”.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri