18 
Yan
2019
17:07
166
40
9384
Virtual karabakh

Bəzi xidmətlər alternativsiz olaraq “ASAN xidmət”də göstəriləcək

18 Yan, 2019
17:07
9384

Bəzi xidmətlər alternativsiz olaraq “ASAN xidmət”də göstəriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət başçısının fərmanı ilə bağlı müvafiq proseslər regionlarda da reallaşdırılacaq.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “ASAN xidmət”in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

Onun sözlərinə görə, Bakı şəhərində bəzi xidmətlər alternativsiz olaraq “ASAN xidmət”  mərkəzlərində göstəriləcək:

“Regionlarımızda isə vəziyyət bir qədər fərqlidir. Tutaq ki, Qubada “ASAN xidmət” mərkəzi olduğu üçün yalnız Quba sakinlərinə bu xidmətlər alternativsiz olacaq. Amma qonşu rayonun sakinlərinə yenə də digər dövlət qurumları xidmət göstərəcək”.

Elnur Niftəliyev qeyd edib ki, daha çox müraciət olunan dövlət xidmətləri ilə bağlı təhlillər aparılacaq:

“Ola bilsin ki, gələcəkdə pəncərələrin və əməkdaşların sayı artırılsın. Bu təhlillərin nəticəsi olaraq fərmanın icrasına qısa müddətdə başlanılacaq”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri