18 
Yan
2019
16:57
54
124
8256
Virtual karabakh

“ASAN xidmət” rəsmisi: Notariat kontorlarının ləğvi xəbəri doğru deyil - ÖZƏL

18 Yan, 2019
16:57
8256

“ASAN xidmət” rəsmisi: Notariat kontorlarının ləğvi xəbəri doğru deyil - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın bəzi yerlərində notariat kontorlarının ləğv olunub “ASAN xidmət”ə verilməsi barədə yayılan xəbərlər doğru deyil.

Bunu Oxu.Az-a açıqlamasında “ASAN xidmət”in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.

Onun sözlərinə görə, notarius xüsusi xidmət növü olduğundan fərmanda əksini tapmayıb:

“Fərmanda, sadəcə, dövlət xidmətləri nəzərdə tutulur”.

O bildirib ki, gələcəkdə hansı qərar veriləcəyi bilinmir:

“Hazırda notariusların həyata keçirdiyi xidmətlərinin yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi barədə deyilən xəbərlər yanlışdır”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri